Davamlı inkişaf bəyənilir      

                 

Səyyar qəbulların ünvanı dəyişdikcə yerlərdə olan narahatlıqlarda da müəyyən  fərqlilik olur. Görüş ünvanları dəyişsə də əhaliyə göstərilən diqqət və qayğı dəyişməzliyi ilə böyük razılıqlara səbəb olur.

İsmayıllıda növbəti səyyar qəbul Uştalqışlaq kəndində baş tutub. Bu qəbulu da İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov hüquq-mühafizə orqanları rəhbərlərinin və xidməti idarələrin məsul şəxsləri ilə bərabər keçirib.

Səyyar qəbulda rayon İcra Hakimiyyətinin başçısı kənd sakinlərinin arzu və təkliflərini diqqətlə, yüksək  həssaslıqla dinləyib. Başçı sakinləri narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Qaldırılan müraciətlərdən bir çoxunun yerindəcə həll edilməsi sakinlərin razılığına səbəb olub.

Görüşdə çıxış edənlər ölkədə gedən çoxsahəli quruculuq işlərinə və davamlı inkişafa görə ölkə rəhbərliyinə minnətdarlıq ediblər.

Şərh Yaz