Qələbədən sonra görüş  

                 

İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı əsasında rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun, İsmayıllı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Əfran Nəbiyevin, Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının sədri Zaur Muradovun, İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehovun,Vətən müharibəsi qəhrəmanı, ehtiyatda olan polkovnik-leytenant Anar Mirzəyevin, aidiyyatı üzrə idarə, müəssisə, təşkilat rəhbərlərinin, şəhid ailələri, müharibə iştirakçıları və qazilərin, eləcə də  məktəblərin hərbi rəhbərləri, “Şahin” hərbi-idman oyunları üzrə Respublika birincisi olmuş İsmayıllı komandası üzvlərinin iştirakı ilə 26 İyun – Silahlı Qüvvələr Gününə həsr edilmiş “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda tədbir keçirilib.

Əvvəlcə ehtiram əlaməti olaraq, ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.

Sonra Heydər Əliyev Mərkəzində “Şahin” hərbi-idman oyunları üzrə Respublika birincisi olmuş qaliblərlə – İsmayıllı komandasının üzvləri ilə görüş keçirilib. Qələbə qazanan komanda, onların hazırlığı ilə məşğul olmuş müəllimlər barəsində xoş fikirlər səsləndirilib. Heyət qələbə münasibətilə təbrik olunub. Şahinlərin mükafatlandırılmasından sonra xatirə şəkli çəkilib.

İsmayıllı xəbərləri”

Şərh Yaz