Hüquqi biliklər həyat fəaliyyəti üçün əhəmiyyət kəsb edir  

   

İyun ayının 12-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi İsmayıllı Rayon İcra Haklimiyyəti ilə birgə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində tələbələrin iştirakı ilə 18 may-18 iyun tarixlərində “İnsan hüquqları aylığı” çərçivəsində maarifləndirici görüş keçirib.

Görüşdə çıxış edənlər milli qanunvericilikdə təsbit olunan hüquq və azadlıqlar, eləcə də bu sahədə beynəlxalq konvensiyalardan irəli gələn məsələlərdən bəhs edib, hüquqi biliklərin insanın həyat və fəaliyyəti üçün mühüm əhəmiyyət kəsb etməsindən danışıblar. Çıxışlar maraqla qarşılanıb və iştirakçılar arasında geniş müzakirələr aparılıb.

“İsmayıllı xəbərləri”

Şərh Yaz