Maraq doğuran məqamlar müzakirə olunub 

       

İsmayıllı rayonunda Ağsu regional miqrasiya idarəsi tərəfindən “İnsan Hüquqları Aylığı” çərçivəsində “Azərbaycan Respublikasında miqrasiya prosesi iştirakçılarının hüquq və vəzifələri” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Rayonun Uşaq kitabxanasının iclas zalında keçirilən tədbiri İsmayıllı Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Eyyub Musayev açıb.

Tədbir iştirakçılarına mövzu ilə bağlı geniş məlumat verilib. Miqrasiya proseslərinin maraq doğuran məqamları müzakirə olunub.

Tədbirdə iştirakçıların əməli işdə üzləşdikləri mürəkkəb miqrasiya məsələlərinə aydınlıq gətirilib.

Sonda mövzu ilə bağlı, iştirakçıları maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

İsmayıllı xəbərləri”

 

Şərh Yaz