Maraqlı keçən dəyirmi masa  

                       

28 aprel 2023-cü il tarixdə “Heydər Əliyev İli” çərçivəsində İsmayıllı bələdiyyəsinin iş planına uyğun, təşəbbüs və dəstəyi, İsmayıllı Dağlıq Şirvan Təhsil İdarəsinin İsmayıllı Rayon Sektorunun yaxından köməkliyi, Heydər Əliyev Mərkəzinin ev sahibliyi ilə “Ulu öndər Heydər Əliyevin şərəfli ömür yolu Vətənə və xalqa sədaqətlə xidmət etmək nümunəsidir” adlı dəyirmi masa keçirilib.

Dəyirmi masada Mərkəzin rəhbərliyi, bələdiyyə üzvləri, İsmayıllı şəhərindəki tam orta məktəblərinin hər birindən 4 nəfər şagird, məktəblərin uşaq birliyi rəhbərləri iştirakçı olub.

Tədbirin açılış hissəsində İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbinin şagirdləri Ulu öndərə həsr olunmuş şeirlərdən parçalar səsləndiriblər. Çıxışlar alqışlarla qarşılanıb

Dəyirmi masa iştirakçıları həmin gün anadan olmasının 100 illiyi tamamlanan və ölkədə dərin ehtiramla anılan dünya şöhrətli  aftolmoloq həkim Zərifə xanım Əliyevanın da əziz xatirəsini yad ediblər.

Bələdiyyənin sədri Pərviz Ağayev Ulu öndərin keçirdiyi mənalı, şərəfli, hər bir azərbaycanlı üçün örnək olmalı ömür yolundan, Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən söz açıb. Bələdiyyə sədri dahi şəxsiyyətin ideyalarına sadiq qalmağı bir daha tədbir iştirakçılarının diqqətinə çatdırıb.

İsmayıllı Dağlıq Şirvan Təhsil İdarəsinin İsmayıllı Rayon Sektorunun əməkdaşı Ülviyyə Zeynalova dəyirmi masanın mövzusunu elan edib, qısa giriş nitqi söyləyib. Maraqlı başlayan dəyirmi masa şagirdlərin Ulu öndərlə bağlı məzmunlu və maraqlı çıxışları ilə davam edib.

Kifayət qədər maraqlı keçən dəyirmi masa elə maraqlı sonluqla da nəticələnib. Belə ki, 3 fərqli qalibi və hər məktəb üzrə fərqlənən şagirdi müəyyən etmək də elə şagirdlərin öhdəsinə buraxılıb. İştirakçıların ədalətli münsifliyindən sonra qaliblərə tutduqları yerə görə İsmayıllı bələdiyyəsinin Diplom və qiymətli hədiyyələri, fərqlənənlərə Diplomlar təqdim olunub.

Ulu öndərə dərin sevgi nümayiş etdirən dəyirmi masa iştirakçıları sonda xatirə şəkli çəkdiriblər.

Ülkər Əsədova,

İsmayıllı bələdiyyəsinin əməkdaşı

 

 

Şərh Yaz