Ekologiya, aqrar fənnlər   

      

 

Ulu öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Müstəqil Azərbaycan Ulu öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.

Bu şərəfli həyat yolunun gələcək nəsillərə ötürülməsi məqsədi ilə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin ekologiya və aqrar fənlər FBK-sının müəllimləri Mətanət Ağayeva, Hacı Məmmədov və Ülviyyə Əliyeva tələbələrlə birlikdə 16 may 2023-cü il tarixində İsmayıllı Rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil ediblər.

Ekskursiya zamanı müəllimlər və tələbələr ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyətini əks etdirən fotolar və  digər məlumatverici eksponatlarla tanış oldular, dahi şəxsiyyətin həyatı haqqında maraqlı məlumatları dinləyiblər.

 

 

 

Şərh Yaz