Peşəkarlığa doğru atılan ilk addımlar  

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin kompüter şəbəkələrinin hesablanması, təmiri və servis xidməti, kompüter sistemlərində proqram təminatı ixtisasları üzrə qruplarında təhsil alan, buraxılış qrupunun tələbələri kollecdə və İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsində istehsalat təcrübəsinə təhkim olunublar.

Təcrübə müddətində tələbələr ixtisasları üzrə iş şəraiti ilə yaxından tanış olub, verilən tapşırıqları yerinə yetirirlər. Burada tələbələr informasiya-kommunikasiya texnologiyalarından istifadə, informasiyaların toplanması, ötürülməsi, işlənməsi, informasiyaların mühafizə olunması, tətbiqi proqramlardan istifadə, kompüter və kompüter sistemlərinin istismarı, quraşdırılması, istismarı işlərinin yerinə yetirilməsi üzrə nəzəri biliklərini təcrübədə tətbiq edirlər.

Söz yox ki, bu işdə onlara təcrübəli mütəxəssislər və ixtisas üzrə müəllimlər də kömək edirlər. Tələbələr də öz növbəsində göstərilən diqqət və qayğıya görə minnətdarlıq ifadə edirlər. Tələbələr yaxşı bilirlər ki, nəzəri biliklərin əməli işdə tətbiqi peşəkarlığa doğru atılan ilkin addımlardır.

E.Ağayev

Şərh Yaz