Bədii qiraət 

                  

12 may 2023-cü il tarixdə İsmayıllı Rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində İsmayıllı rayon Heydər Əliyev Mərkəzi, İsmayıllı Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi, İsmayıllı Rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzi və Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin birgə təşkilatçılığı ilə müasir Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bədii qiraət müsabiqəsinə start verilib.

Müsabiqə iştirakçıları Ulu öndərin və vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad edib.

Müsabiqədə həvəskar qiraətçilər tərəfindən Ulu öndərə həsr olunmuş şeirlər səslənib. Münsiflər heyətinin qərarı ilə müsabiqənin növbəti mərhələləri də keçiriləcəkdir.

 

Şərh Yaz