Vətəndaşların güzəranı daha da yaxşılaşır

 

Hörmətli cənab Prezident.

Sizin gördüyünüz genişmiqyaslı işlər ölkə vətəndaşlarının güzəranının daha da yaxşılaşmasına xidmət edir. Bunun müsbət nəticələrini biz bu gün real həyatda görürük.

Mən İsmayıllı rayonunun Enişdibi kənd sakiniyəm. Yaşadığım ərazi təbii qazla təmin olunmamışdan əvvəl çox əziyyət çəkirdik. Bu soyuq qış mövsümündə təbii qazla təmin olunmağımız bizim üçün əlamətdar oldu. Evlərə “mavi yanacağ”ın verilməsi hamımızı sevindirdi.

Cənab Prezident, Sizin rəhbərliyiniz altında ölkəmizdə, o cümlədən İsmayıllıda görülən işlərə, həyata keçirilən tədbirlərə görə Enişdibi kənd sakinləri adından Sizə dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Yaşar Şirəliyev,

Həsən Əhmədov,

Əlif Əhmədov,

Koroğlu Cəbrayılov,

İsmayıllı rayonu, Enişdibi kəndi

Şərh Yaz