Ulu öndərin zəngin dövlətçilik irsi öyrənilir                    

 

Bildiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilib. “Heydər Əliyev İli” çərçivəsində Ulu öndərin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərinin, əbədiyaşar ideyalarının geniş ictimaiyyətə çatdırılması məqsədilə ölkə daxilində və Azərbaycanın hüdudlarından kənarda zəngin, eləcə də çoxşaxəli tədbirlər keçirilməkdədir.

Bütün idarə, müəssisə və təşkilatlarda olduğu kimi, Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı tərəfindən  də “Heydər Əliyev İli” ilə əlaqədar Tədbirlər Planı hazırlanıb və İdarə Heyətinin qərarı ilə təsdiq edilib.

Tədbirlər Planı çərçivəsində fevralın16-da İsmayıllıda Ulu öndərin zəngin dövlətçilik irsinin öyrənilməsi və yeni nəslə aşılanması məqsədilə tədbir keçirilib. Əvvəlcə Ümummilli liderin abidəsi gül dəstələri ilə ziyarət olunub, əziz xatirəsi dərin ehtiramla anılıb.

Tədbir Heydər Əliyev Mərkəzində davam edib. Məzmunlu çıxışlardan sonra Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının bir qrup üzvü ulu öndər Heydər Əliyevin ideyalarını gənclərə aşılanmasındakı fəallıqlarına görə Fəxri fərmanlarla təltif olunub.

Şərh Yaz