Erkən nigah, qan qohumluğu söhbət mövzusu olub                       

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə fevral ayının 1-də İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində “Erkən və qan qohumları arasında bağlanan nikahların fəsadları” mövzusunda maarifləndirici görüş keçirilib.

Görüşdə Mərkəzin direktoru Lətifə Əliyeva, psixoloqu Kəmalə Əhmədova, sosial iş üzrə mütəxəssisi Könül Abdullayeva “erkən nikah və qohumlar arasında nikah” anlayışları barədə məlumat verib, erkən və qan qohumları arasında bağlanan nikahların fəsadları, bu cür halların insan sağlamlığına vurduğu zərər, yaratdığı sosial, psixoloji və hüquqi problemlərdən, qarşısının alınması istiqamətində görülən tədbirlərdən danışıblar. Görüşdə “Ailə başçısına məktub” məlumatlandırma vərəqi, mövzuya dair bukletlər paylanılıb. Tədbirdə İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi yanında yaradılan ekspert qrupunun üzvləri, İsmayıllı Rayon Polis Şöbəsinin nümayəndəsi də iştirak edib.

N.Əlövsətli

Şərh Yaz