Talıstan kəndində səyyar qəbul keçirilib

Talıstan kəndində baş tutan görüşdə hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH-nin əməkdaşları, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edib.

Qəbulda iştirak edən kənd sakinlərinin arzu və təklifləri həssaslıqla dinlənilib, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib. Bir çox müraciətlər yerindəcə həll edilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Şərh Yaz