Şəhid son mənzilə yola salındı

Sentyabr ayının 12-si gecə, 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

Genişmiqyaslı təxribatın qarşısı alınarkən İsmayıllı rayonunun Talıstan kənd sakini Azərbaycan Ordusunun quru qoşunlarının zabiti, baş leytenant Bədəlov Cavidan Zaur oğlu qəhrəmancasına şəhid olub. Şəhidimiz bu gün Talıstan qəbristanlığında dəfn olunub.

İsmayıllı RİH kollektivi rayon ictimaiyyəti adından şəhid hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Rayon ictimaiyyəti ilə bərabər dəfn mərasimində Milli Məclisin deputatları Novruzəli Aslanov və Tahir Kərimli də iştirak edib.

Allah şəhidlərimizə rəhmət eləsin.

Şərh Yaz