Şəhid İlqar Xəlilovla vida mərasimi

Ermənistan silahlı qüvvələri tərəfindən sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Azərbaycan-Ermənistan respublikalarının dövlət sərhədində genişmiqyaslı hərbi qarşıdurma baş verib.

Kəskin döyüşlər zamanı İsmayıllı rayonunun Hacıhətəmli kəndində anadan olmuş, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmətçisi Xəlilov Qədim İlqar oğlu qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.

Şəhidimiz düşmənə nifrət, vətənə sevgi ruhlu, vətəndaşlarımızın, eləcə də millət vəkilləri Novruzəli Aslanovun, Tahir Kərimlinin də iştirakı və duaları ilə Hacıhətəmli kənd qəbiristanlığında dəfn olunub.

İsmayıllı Rayon İcra Hakimiyyəti əməkdaşlarının və rayon ictimaiyyətinin adından şəhidin ailəsinə, əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib.

Şəhidlərimizin ruhu şad, məkanı cənnət olsun. Allah rəhmət eləsin.

Şərh Yaz