Anım Gününə həsr olunmuş tədbir keçirilib

26 sentyabr 2022-ci il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyəti və İsmayıllı Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin Başçısı Nahid Bağırov, hüquq-mühafizə orqanlarının rəhbərləri, İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəis müavini Həsrət Şabili, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, digər idarə və müəssisələrin rəhbərləri və əməkdaşları, rayon ictimaiyyəti iştirak ediblər.

İlk öncə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirin bədii hissəsində İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin Xalq teatrının ifasında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlarımızın 44 gün ərzində azad edilməsindən bəhs edən “44 günün bir anı” adlı bədii kompozisiya təqdim olunub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Şərh Yaz