44 günə Zəfər tarixi yazıldı

İsmayıllı rayon MKS-nin 1 saylı şəhər kitabxana filialında Vətən müharibəsinin başlanmasının ikinci ildönümü ilə əlaqədar “Şanlı bir gün, şanlı tarix” adlı tədbir keçirilib.

Tədbirdə Vətən müharibəsinin qaziləri Kənan Baxışov, Samurel Səfərəliyev, Məhəmmədəli Baxışov, Elvin Rəsulov, ictimaiyyət nümayəndələrindən Şirinbəyim Atayeva, Əməkdar müəllim Şəfaqət Rəsulov və fəal oxucuların bir qrupu iştirak edib.

İlk öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Sonra kitabxananın əməkdaşı Cəmalə Zərbalıyeva çıxış edib. Bildirib ki, iki il əvvəl, bir payız səhərində millətin səbri daşdı. Ali Baş Komanda “Əks hücum!” əmri verdi.

Vətən oğlu qarı düşmənin “dağılmaz” istehkamlarını darmadağın edib keçdi. “Sarsılmaz” mövqelərini, “topdağıtmaz” səflərinin altını üstünə çevirdi.

30 ildir millətimizi heç sayan dünyaya 44 günə güzümüzü göstərdik. Beləliklə, yurdumuzun Zəfər adlı tarixi yazıldı.

Tədbir iştirakçıları sonda şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib.

C.Zərbalıyeva

Şərh Yaz