Aztəminatlılar diqqətdə olub

İsmayıllıda iyulun 9-da dini ayinlərin icrası ilə başlanan Qurban bayramında dövlətimizin firavanlığı, tərəqqisi, xalqımızın rifahı naminə dualar edilib, bayram namazı qılınıb, qurbanlar kəsilib. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.

Müqəddəs gündə İsmayıllı rayonu ərazisində digər idarə, müəssisə və təşkilatlar sırasında İsmayıllı bələdiyyəsi tərəfindən də milli-nənəvi ənnənələrə sədaqət nümayiş etdirilərək bələdiyyə hüdudlarında yaşayan şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına, əlillərə və aztəminatlı ailələrə Qurban payları verilib.

Bu birlik, mərhəmət və həmrəylik günündə İsmayıllı bələdiyyəsi tərəfindən bayram münasibətilə 52 ailəyə 98 kiloqram Qurban payı çatdırılıb.

Ülkər Əsədova,

bələdiyyənin əməkdaşı

Şərh Yaz