Click here to move

Xalqımızın xilaskarı

Ötən əsrin 90-cı illərinin əvvəllərində Sovet İttifaqının dağılması ilə Azərbaycan öz müstəqilliyini qazanmağa müvəffəq oldu. Lakin bu müstəqillik bərabərində bir çox problemləri də gətirdi. Siyasi və iqtisadi böhran, müharibə, separatçılıq iddiaları və s. bunlara misal ola bilər. Hər bir xalqın tarixdə əzablı və iztirablı dövrü olmuşdur və mütləq bir xilaskar meydana çıxaraq bu problemlərin qarşısında öz sinəsini sipər etmişdir. Azərbaycan xalqının da çətin günlərində Heydər Əliyev öz zəkası, siyasi təcrübəsi və qətiyyəti ilə dövlətimizi məhv olmaqdan qurtarmışdır. Lakin Heydər Əliyev Azərbaycan xalqının tanıdığı bir sima idi. Və təsadüfi deyil ki, xalqın təkidi ilə 1993-cü il 15 İyun tarixində Heydər Əliyev Azərbaycan Respublikasının Ali sovetinin sədri seçildi. Bununla da Azərbaycan xalqı nicat tapdı və üzləşdiyi problemlərdən sistematik bir şəkilde qurtulmağa başladı.

Heydər Əliyev daim aşkarlıq prinsiplərini üstün tuturdu. Və Ali Sovetə sədr seçildiyi andan etibarən xalqdan heç bir şeyi gizlətmədi, dövlətimizin üzləşdiyi bütün problemləri xalqa çatdırmağı özünə borc bilən Heydər Əliyev, bu problemlərin öhdəsindən də layiqincə gəlməyi bacardı.

1993-cü ilin 15 iyununda Parlamentin qərarı ilə Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu qələbə demək idi, xalqımızın və dövlətimizin başının üstünü alan qara buludlar üzərində qələbəsi.

Həmin illərdə separatçılıq hərəkətləri sadəcə Qarabağ ərazisində müşahidə olunmurdu, eyni zamanda ölkəmizin cənub regionlarında da bu abu-hava müəyyən dərəcədə müşahidə olunurdu. Lakin Heydər Əliyevin qətiyyəti sayəsində bu separatçı amillər əbədi olaraq susmağa məcbur oldular.

Heydər Əliyev sadəcə problemlərin öhdəsindən gələn bir lider deyildi. Eyni zamanda uzaqgörən bir siyasətçi kimi ölkəmizdə çatışmayan və müasir dövrün tələblərini təşkil edən prinsiplərin də ölkəmizə inteqrasiyası üçün əlindən gələni etmiş və buna müvəffəq olmuşdur. Qərb dünyasında dövlətçilik prinsiplərinin bünövrəsini təşkil edən demokratiya Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanda da uğurla tətbiq olundu. Eyni zamanda öz uzaqgörən siyasəti və beynəlxalq əlaqələri sayəsində ölkəmizdə xarici investisiya axını üçün qapı açmağa müvəffəq oldu.

Heydər Əliyev güclü iradəyə və əsl lider ruhuna malik idi. Xalq daim öz xilaskarına güvənirdi. Öz həyatını xalqın rifahına həsr edən əvəzolunmaz lider Heydər Əliyev öz gücünü xalqa olan sevgisindən və xalqın ona olan güvən və etibarından alırdı.

Vüsalə Qasımova,

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin müəllimi

Şərh Yaz