Mədəniyyətimizin beşiyi – Şuşa             

 

İsmayıllı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq “Mədəniyyətimizin beşiyi – Şuşa” adlı tədbir keçirilib.

Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyətinin nümayəndələri iştirak edib.

Əvvəlcə Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin foyesində Şuşada anadan olan və yaşayıb yaradan incəsənət xadimlərinin fotoşəkillərindən ibarət sərgiyə, Şuşa mövzusunda çəkilən rəsm əsərlərinə, Şuşa mətbəxi nümunələrinə baxış keçirilib.

Tədbirin bədii hissəsində qədim mədəniyyət paytaxtı olan Şuşa ilə bağlı ətraflı məlumat verilib, Şuşada yaşayıb yaratmış görkəmli incəsənət xadimlərinin əsərlərindən ibarət musiqilər, teatr səhnələri təqdim edilib. “Muğam” televiziya müsabiqəsi laureatları Mirələm Mirələmov, Nisbət Sadrayeva, Əməkdar mədəniyyət işçisi Sahibə xanım Abdullayeva, Rövşən Teyyubovun ifasında konsert proqramı maraqla izlənilib.

 

Şərh Yaz