İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovdan Pasxa bayramı münasibətilə İsmayıllıda yaşayan rus-molokan icması üzvlərinə təbrik   

 

                    

 

Hörmətli rus-molokan icmasının üzvləri!

 

Sizi  müqəddəs Pasxa bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, xalqlarımızın dostluğu və rifahı, həmçinin dövlətimizin inkişafı yolunda bizimlə birgə fəaliyyətinizdə uğurlar arzulayıram!

Azərbaycanımızın ən multikultural bölgələrindən olan rayonumuzda müxtəlif xalqlar, etnik qruplar dostluq və qardaşlıq şəraitində birgə yaşayır, birlikdə fəaliyyət göstərirlər. Lazım gəldikdə vətənimiz üçün çiyin-çiyinə birlikdə döyüşürlər. Bunun bariz nümunəsi kimi 44 günlük Vətən müharibəsini göstərmək olar.

Vətən müharibəsi zamanı Azərbaycanda yaşayan rus-molokan icmasının, eləcə də digər etnik qrupların yüzlərlə gənci könüllü olaraq döyüşlərə yollandı. İvanovka kəndinin sakinləri həm ön, həm də arxa cəbhədə orduya dəstək nümayiş etdiriblər.

Azərbaycanda yeganə kolxoz təsərrüfatı məhz İvanovkadadır. Kolxozun qazandığı uğurlar ölkəmizə gələn qonaqlara fəxrlə nümunə göstərilir. Sizin bu zəhmətkeşliyiniz bizi sevindirir, həm də qürurlandırır.

İsmayıllı Rayon İcra Hakimiyyəti olaraq sizlərə bu birliyə, əzmkarlığa görə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

Əziz həmvətənlər!

Sizin üçün çox önəmli olduğunu bildiyim Pasxa bayramı günündə hər birinizə bir daha cansağlığı, ailələrinizə xoşbəxtlik, elimizə əmin-amanlıq arzulayıram.

Bayramınız mübarək olsun!

Şərh Yaz