Yaddas kitabcasi

Problemlərin həllində mediyanın rolu               

 

İsmayıllı  Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Sağlamlıq imkanı məhdud olan vətəndaşların mediaya təqdimatı və cəmiyyətə inteqrasiyası” mövzusunda tədbir keçirilib. Tədbirdə mərkəzin direktoru Lətifə Əliyeva, Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı şöbəsinin müdiri Eyyub Musayev, media nümayəndələri və sağlamlıq imkanı məhdud olan rayon sakinləri iştirak ediblər.

Tədbiri açan Mərkəz direktoru Lətifə Əliyeva mövzunun aktuallığını qeyd edərək, sağlamlıq imkanı məhdud olan insanların daim diqqət mərkəzində saxlanılmasının vacibliyini vurğulayıb, bu cür şəxslərin cəmiyyətə inteqrasiyasının önəmindən danışıb. L.Əliyeva bu sahədə medianın xüsusi rolunu qeyd edib.

Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı şöbəsinin müdiri Eyyub Musayev sağlamlıq imkanı məhdud olan vətəndaşların cəmiyyətə inteqrasiyasında dövlətin göstərdiyi diqqət və qayğıdan söz açıb, həmin insanlara şamil olunan güzəştlər və imtiyazlar barədə məlumat verib.

Mərkəzin işçisi Nərgiz Əlövsətli çıxışında sağlamlıq imkanları məhdud olan vətəndaşların cəmiyyət tərəfindən kənarlaşdırılmamasının vacibliyinə diqqət çəkib, sosial layihələr vasitəsilə belə insanların tanıdılmasının təqdirəlayiq olduğunu vurğulayıb.

Tədbirdə iştirakçıların sualları cavablandırılıb, təklifləri müzakirə olunub.

Nərgiz Əlövsətli

Şərh Yaz