Gənc müəllimlə görüş                         

              

 

İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri, Əməkdar müəllim Rövşən Əliyev rayonun ümumi təhsil müəssisələrində işləyən bir qrup gənc müəllimlə görüşüb.

Görüş şəhər 6 nömrəli tam orta məktəbinin şəhid general mayor Polad Həşimovun adını daşıyan akt zalında baş tutub.

Çıxış edən RTŞ müdiri R.Əliyev dövlət-gənclər siyasətindən bəhs edib, aparılan gənclər siyasətinin əhəmiyyətini açıqlayıb. Gənc müəllimlərlə müxtəlif sahələrdə işlərin aparılmasının əhəmiyyətini qeyd edib. Müxtəlif layihə və müsabiqələrdə müəllimlərin iştirak etmələrini tövsiyyə edib.

Təhsil şöbəsindəki Metodik kabinetin direktoru Şahin Gənciyev çıxış edərək fəaliyyət göstərən Gənc Müəllimlər Şurasının tərkibinin, fəaliyyət sahəsinin yenilənməsini və üzvlərinin sayının artırılmasını təklif edib.

Gənc müəllimlərə metodiki dəstəyin davam etdirildiyini bildirib.

Çıxış edən gənc müəllimlər öz təklif və rəylərini bildiriblər, göstərilən diqqət və qayğıya görə ölkə və rayon rəhbərliyinə, eləcə də çalışdıqları qurumun əməkdaşlarına minnətdarlıqlarını çatdırıblar.

Ü.Zeynalova

Şərh Yaz