Kəşfiyyatçı vəsiyyəti gənc kursantlara çatdırılacaq

 

Vətən Uğrunda Şəhid Ailələri və Milli Qəhrəmanlar İctimai Birliyinin  yeni layihəsinə satart verildi.  Layihənin ideyası əsasən  vətən yolunda can verməyi bacaran igidlərimizin  tanıdılması, onların örnək ömürlərinin gəncliyə nümunə gətirilməsi. Yaşından, vəzifəsindən asılı olmayaraq vətəni hər kəsin sevməsinin bir həyat normasına çevrilməsidir. Layihənin icrasında Azərbaycan kəşfiyyatçılıq məktəbinin örnəyi,  yaradıcılarından biri olan şəhid mayor Rüfət Əsgərovun həyatını gənclərimizə tanıtmaq, fəaliyyəti ilə öyünüləcək qədər şərəfli zabit ömrünün nümunə olmasını insanlara çatdırmaqdır. Qəhrəmanımız Rüfət Əsgərov əgər bir gün döyüş başlayarsa məni heç kim döyüşdən saxlaya bilməz demişdi. Döyüşlər başlayanda isə öz sözünü tutdu.   Mayor Rüfət Əsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda döyüşlərdə, həmçinin Ağdərə şəhəri istiqamətində gedən döyüşlərdə savaşıb. Ermənistan Silahlı Qüvvələrinin 24-dən çox hərbçisini məhv edib, həmçinin üç postun Azərbaycan Ordusunun nəzarəti altına alınmasında fərqlənib. Rüfət Əsgərov oktyabrın 14-də Ağdərə şəhəri istiqamətində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Rüfət Əsgərov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Azərbaycan Respublikasının  Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçiriləcək layihənin icra müddəti 4 ay, layihənin mühasibi Jalə Quliyeva, rəhbəri isə Hikmət Əsgərovdur.

ATESH,AZ

 

Şərh Yaz