İşə daha məsuliyyətlə yanaşacaqlarını bildiriblər                

 

Hər il dekabr ayının 16-nı Fövqəladə Hallar Nazirliyi işçiləri öz peşə bayramları günü kimi qeyd edirlər.

Rayonda fəaliyyət göstərən Fövqəladə Hallar Nazirliyi işçiləri İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı ilə  birgə əlamətdar gün münasibətilə ümumilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüb, xatirə şəkli çəkdiriblər.

Ziyarəti başa çatdıran Fövqəladə Hallar Nazirliyinin işçiləri çalışdıqları inzibati binaya qayıdaraq günün tədbirini davam etdiriblər.

Çıxışlarda il ərzində görülən işlərdən söz açılıb, əmək intizamının yüksəlməsi səbəbindən göstərilən xidmətin də keyfiyyətində uğurlar qazanılıb. Xidməti vəzifəsini şərəflə daşıyanlara təşəkkür elan olunub.

Şəxsi heyət rəhbərliyi işə daha məsuliyyətlə yanaşacağını bildirib.

Şərh Yaz