İsmayıllı müəllimləri fərqlənib                       

3-15 dekabr 2021-ci il tarixlərində Gəncə şəhərində eTwinning layihəsi çərçivəsində “Layihələrdə Texnotəhsil Modeli” mövzusunda regional konfrans keçirilib.

Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən təşkil edilən tədbirə respublikanın 15 bölgəsindən 55 müəllim cəlb edilib.

3 gün davam edən tədbirdə müəllimlər layihə əsaslı tədris və texnotəhsil layihə modeli mövzusunda seminarlarda iştirak edib və nəticə olaraq öz ideyaları əsasında 29 maraqlı layihə təklif ediblər.

İsmayıllı rayon ümumtəhsil müəssisələrindən layihə səfiri Ruhiyyə Mahmudova (İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin ingilis dili müəllimi) və layihə mentoru Xatirə Məlikova (Tircan kənd tam orta məktəbinin fransız dili müəllimi) ilə bərabər 2 iştirakçı müəllim – İsmayıllı Uşaq Gənclər İnkişaf Mərkəzinin müəllimi Ülviyyə Cəbiyeva və İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinin psixoloq müəllimi Ruslan Kamilov layihədə uğurla iştirak ediblər.

eTwinning layihələrində rayonun nümayəndə heyətinin iştirakı xüsusi olaraq vurğulanıb, İsmayıllı rayonu ən fəal region kimi diqqət mərkəzində olub.

İsmayıllı xəbərləri”

Şərh Yaz