Cəsur döyüşçü vəzifəyə təyin olunub

Kamran Xanlarlı Mahir oğlu 9 aprel 1992-ci il tarixində İsmayıllı rayonunun Mollaisaqlı kəndində anadan olub. 2009 -cu ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Texniki Universitetində elektronika, telekommunikasiya və radiotexnika ixtisası üzrə ali təhsil alıb.
2020-ci ildən könüllü olaraq Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib. Qələbə gününü döyüş meydanında qarşılayıb. Vətən torpaqlarının azadlığı uğrunda gedən döyüşlərdə göstərdiyi şücaətlərə görə Silahlı Qüvvələrimizin  Ali Baş Komandanı möhtərəm  Prezidentimiz İlham Əliyevin müvafiq sərəncamları ilə “Cəsur  döyüşçü” və “ Suqovuşanın azad olunmasına görə “ medalları ilə təltif  olunub.

K.Xanlarlı bir neçə gün əvvəl Milli Məclisin üzvü Növruzəli Aslanovun köməkçisi vəzifəsinə təyin olunub. Bu təyinat münasibəti ilə onu təbrik edir, işlərinə müvəffəqiyyətlər arzulayırıq.

İsmayıllı xəbərləri”

Şərh Yaz