Şəhidlərin xatirəsini əbədiləşdirilir                                 

Birinci Qarabağ və Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış oğullarımızın xatirələrini əbədiləşdirmək məqsədilə İsmayıllı rayonunun Diyallı kəndində inşa edilmiş xatirə-abidə kompleksinin 11 noyabr 2021-ci il tarixdə açılışı olub.

Açılış mərasimində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH-nin əməkdaşları, Vətən müharibəsi iştirakçıları, şəhid ailələri, eləcə də kənd sakinləri iştirak ediblər.

Tədbirdə öncə Dövlət Himni səsləndirilib, Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun 44 gün davam edən Vətən müharibəsində qazandığı tarixi Qələbəni böyük qürur hissi ilə qeyd etdiyini bildiriblər.

Məktəblilərin ifasında şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirilib.

11 noyabr tarixi həm də Diyallı kəndindən olan Vətən müharibəsi şəhidi Orxan Lətiflinin anım günüdür.

Bu münasibətlə rayon rəhbəri, hüquq-mühafizə orqanlarının rəhbərləri şəhidin valideynləri yaşayan evdə onun xatirəsinə yaradılmış muzeylə tanışlıqdan sonra şərəfli ölümü ilə qazandığı “Cəsur döyüşçü” medalını ailəsinə təqdim ediblər.

Şərh Yaz