Şəhidin medalı anım günündə ailəsinə təqdim edilib                           

 

 

Ərazilərimizin bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan gizir Məmmədzadə Cahan Saleh oğlunun anım günü Təzəkənd kənd qəbiristanlığında qeyd edilib.

Mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı, RİH-in məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhidin ailəsi, yaxınları, döyüş yoldaşları, şəhid ailələri və kənd sakinləri iştirak ediblər.

Anım mərasmində şəhidin məzarı ziyarət olunub. Məzar üzərinə gül dəstələri qoyulub, ruhuna dualar oxunub.

Mərasimdə çıxış edənlər şəhidin ailəsinə başsağlığı verib, onlara Allahdan səbir diləyib, şəhidlərimizin qanı bahasına bayrağımızın dalğalandığı hər qarış torpağın müqəddəs olduğunu və buna görə şəhidlərimizə borclu olduğumuzu söyləyiblər. Bildiriblər ki, qəhrəman əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki vətəndaşlarımız, bütün Azərbaycan xalqı birlik və həmrəylik nümayiş etdirərək, işğalçıya layiqli cavab vermişdir. “Dəmir yumruq” əməliyyatı nəticəsində düşmən darmadağın edilmiş və Azərbaycan Ordusu Qələbə qazanmışdır.

Şəhid Cahan Məmmədzadənin valideynləri övladları ilə qürur duyduqlarını bildirərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Şəhid Cahan Məmmədzadənin evində xatirəsinə yaradılmış muzeylə tanışlıqdan sonra “Şuşanın azad olunmasına görə” medalı ailəsinə təqdim edilib.

 

***                                   

Elə həmin gün İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri Ağbulaq kəndinə gələrək, şəhid gizir Ramil Yusifovun “Cəsur döyüşçü” medalını ailəsinə təqdim ediblər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şərh Yaz