Vətəndaş qəbulları davam edir               

İsmayıllı Rayon İcra Hakimiyyəti aparatında 28 oktyabr, 10 və 17 noyabr 2021-ci il tarixlərində vətəndaşların qəbulu keçirilib.

Rayon rəhbəri qəbula gələn sakinlərin müraciətlərini diqqətlə  dinləyib, onların problemlərinin həlli istiqamətində aidiyyəti şəxslərə tapşırıqlar verib.

Məlumat üçün bildirək ki, qəbulda əsasən I və II Qarabağ müharibəsi iştirakçıları, eləcə də mülki vətəndaşlar iştirak ediblər.

Hər dəfə səmimi qəbul üçün razılıq edən vətəndaşlara bundan sonra da qayğılarının diqqətdə saxlanılacağı bildirilib.

Şərh Yaz