Şəhidin medalı ailəsinə təqdim edilib                                      

Torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Cəmil Məmmədlinin ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin sərəncamı ilə təltif edildiyi “Cəsur döyüşçü” medalı 15 noyabr 2021-ci il tarixdə şəhidin atasına təqdim olunub.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri şəhidin ailəsini ziyarət ediblər. Görüşdə Vətən müharibəsində qazanılan Qələbədən söz açılıb, şəhidlərin əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı, heç zaman yaddaşlardan silinməyəcəyi xüsusilə vurğulanıb.

Şəhidin atası Habil Məmmədli şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq edib.

Şərh Yaz