“Hərbi Qənimətlər Parkı”na ekskursiya təşkil olunub                          

Prezident İlham Əliyevin təşəbbüsü nəticəsində salınan Hərbi Qənimətlər Parkında gənclər 2 mindən çox avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, qənimət kimi götürülən texnikanın bir qismi, tanklar, döyüş maşınları, artilleriya qurğuları və s. ilə tanış olublar. Vətən müharibəsi barədə bu məlumatları özündə əks etdirən park Azərbaycana Zəfər qazandıran döyüşləri göz önündə canlandırmağa geniş imkan yaradır.

Qeyd edək ki, ekskursiyanın təşkil olunmasının məqsədi 27 sentyabr-10 noyabr 2020-ci il tarixlərdə 44 gün davam edən Vətən müharibəsi zamanı Müzəffər Azərbaycan Ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin gənclərə nümayiş etdirilməsi, gənclərin vətənpərvərlik və vətəndaşlıq ruhunda tərbiyə olunması, rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında Ermənistanı məğlub edərək parlaq Qələbəsi haqqında məlumatlandırılmasıdır.

Şərh Yaz