Avropa çempionu mükafatlandırılıb                             

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov 26-27 oktyabr 2021-ci il tarixlərində Litvanın paytaxtı Vilnüs şəhərində qol güləşi üzrə keçirilən 30-cu Avropa çempionatında iştirak etmiş idmançımız İsgəndərov Nihat Eldəniz oğlu ilə görüşüb.

Görüşdə İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi, idmançının məşqçi-müəllimi və valideyni də iştirak edib.

Görüş çərçivəsində Nihat İsgəndərovun əldə etdiyi qələbədən və ölkəmizdə idmanın inkişafı üçün idmançılara göstərilən diqqətdən danışılıb.

Məlumat üçün bildirək ki, Azərbaycan yığmasının tərkibində iştirak edən idmançımız 50 kq çəki dərəcəsində sağ qol güləşi üzrə qızıl, sol qol güləşi üzrə isə gümüş medala layiq görülüb.

İdmançı Nihat İsgəndərov Fəxri fərman və qiymətli hədiyyə ilə mükafatlandırılıb.

Şərh Yaz