Şəhidin məzarı ziyarət olunub                             

20 noyabr 2021-ci il tarixində İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin ümumtəhsil fənləri üzrə fənn birləşmə komissiyasının təşkilatçılığı ilə kollecin müəllim və tələbə heyyətinin bir qrupu Xüsusi Təyinatlı Qüvvələrin giziri, şəhid Ramil Aydın oğlu Musayevin məzarını ziyarət ediblər. Müəllim və tələbələr şəhidin məzarı ətrafına şam ağacları və qızılgül kolları əkib.

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri Ramil Musayev 27 sentyabr 2020- ci il tarixdə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda başlanan Vətən müharibəsinə qoşulub. O, Füzuli və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə igidlik və şücaət nümayiş etdirib. 3 oktyabr 2020- ci il tarixində Cəbrayıl rayonun azad olunması istiqamətində gedən döyüşlərdə qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Vətən müharibəsi şəhidi Ramil Musayev ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

E.Ağayev

Şərh Yaz