Şagirdlər üçün xeyriyyə aksiyası keçirilib                           

13 sentyabr 2021-ci il tarixidə İsmayıllının İvanovka kəndində “Uşaqları məktəbə hazırla” xeyriyyə aksiyası keçirilib.

Tədbir İsmayıllı Rayon İcra Hakimiyyətinin, Azərbaycandakı rus icmasının və VTB bankın birgə dəstəyi ilə keçirilib.
Pandemiya qaydalarına uyğun keçirilən tədbirdə “Rossotrudiçestvo”nun Azərbaycanda sədri İrek Zinnurov, RİH-nin məsul işçisi, rus dilli təhsil müəssisələrin sədri Lubof Yakunina iştirak edib. Qonaqlar məktəblilləri salamlayıb və onlara uğurlar arzulayıblar.
İvanovka kənd tam orta məktəbinin şagirdləri  hazırladıqları kompazisiyaları  qonaqlara təqdim ediblər.

 

Şərh Yaz