Fərdi nümunələrin əhəmiyyəti                        

İsmayıllı Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin doğum günü münasibəti ilə “Qəhramanlar unudulmur” adlı dəyirmi masa təşkil edib.

Əvvəlcə Çingiz Mustafayevin və bütün şəhidlərin unudulmaz ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə MKS-nin əməkdaşları Aytəkin Dəmirova və İlahə Hüseynova qəhrəman Çingiz Mustafayevin həyat və fəaliyyəti haqqında məlumat veriblər.

Sonra müəssisənin direktor müavini Ruhiyyə Mirzəyeva çıxışında Çingiz Mustafayevin göstərdiyi şücayətlərdən danışaraq, bu nümunələrin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində əhəmiyyətli rolu olduğunu bildirib.

Esmira Mikayılova

 

 

Şərh Yaz