Düşərli olsun                          

Bu xəbərə ismayıllılar daha çox sevindi. İsmayıllıdan olan Vətən müharibəsi şəhidi, 4 medalla təltif olunmuş, ali təhsilli Aqil Mirzəliyevin ailəsi evlə – mənzillə təmin olunub.

Bu haqda şəhidin anası Aynurə Mirzəliyeva razılıqla danışıb.

Şəhid anası qeyd edib ki, Bakının Xocasən qəsəbəsində şəhid ailələri üçün tikilmiş çoxmənzilli binadan onlara da iki otaqlı mənzil verilib.

“Belə bir binanın tikilməsi, mənzillərin şəhid ailələrinə hədiyyə edilməsi Vətən uğrunda canını qurban verənlərin ruhuna hörmət, ailəsinə böyük bir diqqətdir. Çox istərdim ki, bu diqqətdən digər şəhid və qazi ailələrinə də pay çatsın”, – deyə, şəhid anası çıxışında bu fikri bir arzu kimi diqqətə çatdırıb.

Onu da bildirək ki, bir müddət öncə cənnətdəki ilk doğum günü – 22 yaşı qeyd olunan şəhid Aqil Mirzəliyevin ailəsi 3 nəfərdən – atası, anası və tələbə qardaşından ibarətdir.

Şəhidin qardaşı Vüqar Mirzəliyev Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının 3-cü kurs tələbəsidir.

Allah şəhidimizin ruhunu şad etsin, yeni mənzil ailəsi üçün düşərli olsun!

İsmayıllı xəbərləri”

Şərh Yaz