Yeni nəşrlər:   Yeni ədəbiyyat, tədqiqatçıları üçün maraqlı mənbə

İsmayıllı ta qədim zamanlardan mültikultural məkan kimi tanınmışdır. Burada azərbaycanlı olmaqla, müxtəlif etnik qruplar halında yaşayan, özünəməxsus dil və digər mənəvi dəyərləri qoruyub saxlayan, hətta öz dillərində yazıb-yaradan ziyalılarımız da yetərincədir.

Həmin ziyalılardan biri rayonun Mollaisaqlı kənd sakini, ali təhsilli coğrafiya müəllimi İldırım Məsim oğlu Məsimovdur. Onun bu yaxınlarda sayca ikinci – “Hapıt elləri” adlandırdığı etnoqrafik kitabı çapdan çıxıb.

Kitabın maraqlı cəhətlərindən biri onda hapıt dili əlifbasının verilməsi, kitabda hapıt dilində verilmiş məlumat və ədəbi nümunələrin Azərbaycan dilində tərcüməsinin yer almasıdır.

İnsafən desək, bu qəbildən olan kitabların ərsəyə gətirilməsi o qədər də asan başa gəlmir. Lakin müəllif doğma kökə bağlılığından bu ağır işin öhdəsindən kifayət qədər ustalıqla gələ bilmişdir.

Müəllif “Hapıt elləri” kitabının işıq üzü görməsi səbəbindən ondan mənəvi dəstəyini əsirgəməyənlərə, xüsusilə ABŞ-ın Texas ştatının Dallas şəhərində yaşayan dilçi alim Kan Keyesə və kitaba ön söz yazmış,

antropologiya üzrə fəlsəfə doktoru, AMEA-nın Antropologiya, Arxeologiya və Etnoqrafiya İnstitutu nəzdində Antropologiya Mərkəzinin rəhbəri, professor Əliağa Məmmədliyə minnətdarlığını bildirir.

Qeyd edək ki, kitab hapıt dili ilə maraqlanan oxucular üçün yeni bir ədəbiyyat, bu dilin gələcək tədqiqatçıları üçün də maraqlı bir mənbədir.

İsmayıllı xəbərləri”

 

Şərh Yaz