Gündəlik fəaliyyətin əsası
İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi fəaliyyətə başladığı ilk gündən rayondakı problemli ailələrin, fiziki imkanları məhdud olanların, şəhid və qazi ailələrinin qayğısına qalmağı gündəlik fəaliyyətinin əsası kimi qəbul etmişdir.
Azərbaycan xalqının polad birliyi hesabına Zəfərlə bitən 44 günlük Vətən müharibəsindən sonra Mərkəzin qayğıları bir qədər də artmışdır. Bu kiçik kollektiv sözün əsil mənasında, böyük işlərin öhdəsindən gəlir. Kollektivin şəhid ailələrinə səfərləri, qaziləri ziyarət etmələri çoxdan adət halını almışdır.
Mərkəzin əməkdaşları İsmayıllı şəhərində şəhid Vüsal Dəmirovun xatirəsinə inşa olunmuş bulaq-xatirə kompleksinin açılışında yenə şəhid analarının yanında idilər.
“İsmayıllı xəbərləri”