Mətbuata maraq                   

Gənclərin İnkişafı Karyera Mərkəzinin İsmayıllı rayon bölməsinin bir qrup fəalı  “İsmayıllı xəbərləri” qəzetinin redaksiyasının qonağı olub.

Qəzetin təsisçisi və baş redaktoru Şahməmməd Soltanov (Dağlaroğlu) gənclərə İsmayıllı mətbuatının tarixi, inkişafı və bu günü ilə bağlı məlumatlar verib.

Gənclər qəzetin nüsxələri ilə tanış olub, onları maraqlandıran suallara cavab alıblar.

Məlumat üçün qeyd edək ki, görüş “Mədəniyyət klubu” üzvlərinin iştirakı ilə “ƏdiblərimİZ” layihəsi çərçivəsində baş tutub.

Aqil Zərbiyev

 

Şərh Yaz