Yaddas kitabcasi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıq məktubu                  

Hörmətli cənab Prezident, Ali Baş Komandan! Yüksək təşkilatçılığınız və rəhbərliyinizlə İkinci Qarabağ müharibəsində erməni vandalları üzərində tarixi Qələbə qazandıq.

Sayənizdə, yürütdüyünüz daxili və xarici siyasət nəticəsində Azərbaycan bütün dünyada söz sahibi olmaqla, sayılıb-seçilən ölkələrdəndir. Vətənimiz inkişaf edib çiçəklənir, Qarabağa qayıdış başlanır. Sizin dönə-dönə işğaldan azad edilmiş torpaqlara səfərləriniz, Şuşada keçirilən “Xarıbülbül” festivalındakı çıxışlarınız xalqımız üçün qürur və fəxarətə çevrilib.

Mən, Məhərrəmov Nəbi Bağı oğlu İsmayıllı rayonunun Talıstan kəndində fərdi təsərrüfatda çalışan sahibkaram. Əməyimi 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif etmisiniz. Zəhmət adamı olaraq, böyük diqqət və sevginizi həmişə hiss etmişik.

Bütün bunlara görə, cənab Prezident, Ali Baş Komandan Sizə minnətdarlığımı çatdırmağımı özümə borc bilirəm.

Allah Sizi qorusun! Azərbaycanın tərəqqisi, xalqımızın yüksək rifahı naminə bundan sonra da Ali Baş Komandan və Prezident kimi uzun illər fəaliyyətdə olmağınızı, ölkəyə rəhbərlik etməyiniz arzusundayıq!

Cənab Prezident, Ali Baş Komandan, Siz xalqımızın ən yüksək təltifinə layiqsiniz. Bir daha  var olun!

Dərin hörmət və ehtiramla:

Məhərrəmov Nəbi Bağı oğlu

İsmayıllı rayonunun Talıstan kənd sakini

Şərh Yaz