Döyüşkən şairin “Döyüşən sətirlər”i                              

Müharibə gedir… Bir tərəfdə dürlü-dürlü silahlarla silahlanmış ermənilik səngərlənib, digər tərəfdə qeyrətə, döyüş əzmkarlığına söykənmiş torpaqsevərlik…

Müharibədə qələbəni şərtləndirən nə varsa, öncəsi torpaqsevərlikdi. Sovetlərdən ayrıldığımızdan keçən dövr ərzində nə yaxşı ki, nəhəng imperiyanın bic siyasəti, o nəhəng imperiyanın bic siyasətinin köynəyindən keçirilənlərin, vəzifə kreslosu xətrinə anasının, balasının qəbir daşını da peşkək eləməyə hazır olanların qeyrətsizliyi nə Ali Baş Komandanın, nə də sadə camaatın torpaqsevərliyini korşaltmışdı!

30 il ərzində, son illərin kiçik uğurlarını çıxmaq şərtilə, böyük uğursuzluqlarla nəticələnmiş Qarabağ uğrunda aparılan torpaq davasında boynumuzda məğlubiyyət adlı ağır yükün, tənənin, qara ləkənin ağrı-acısı var idi. Torpağımızın düşmən əlində çırpınmasına dözməyən, dəhşətli faciələrlə üzləşmiş dinc sakinlərin məzəmmətli baxışlarını həzm edə bilməyib şəhid olan oğulların, hətta qızların belə qanlarının yerdə qalacağı ehtimalı sanki hər an beynimizdə dolaşırdı. Onların ruhlarının bizi bağışlamayacağı fikirləri torpaqsevərləri, Qarabağsevərləri rahat buraxmırdı. Çoxusu hətta özünü günahlandırırdı: Niyə məni belə doğdun, ay ana? Mən əlimi əlimin üstünə qoyub gözləməliyəm ki, torpağımı nə vaxt özümə qaytaracaqlar? Bu sual dolu fikirlərlə yaşayan soydaşlarımın tanıdıqlarımdan bəzilərinə cavab verə bilmirdim. Nə deyə bilərdim ki? Mənim silah zavodum yox, topxanam yox, döyüşçülərim yox! Tamam əlacsız idim, hamı kimi, mən də əlimi üzmüşdüm. Amma 2020-ci il sentyabrın 27-də elə bil İlahidən bir nida gəldi: Ey türk oğlu, sənə şans verirəm, get torpaqlarını erməni murdarlarından al! O anda özüm-özümə deyirdim: Ulu Rəbbim, ürəyimizə təpər ver ki, oğulluq borcumuzu yerinə yetirək. Ürəyimizə təpər ver ki, ANA TORPAQ deyə əzizlədiyimiz torpağı qoruyanlar sırasında yerimiz sancılanmasın. Torpağı qorudunsa, sənindir, qorumadınsa, yadın – rəhmətlik atam ululardan eşitdiyi müdrik kəlməni söyləyərdi.

Vaxtilə qılıncımıza yalmananlar bu 30 ildə üzümüzə ağ oldular, şəhidliklə qoruduğumuz torpaqlarımıza tamah saldılar. Babam Ağaəli demişkən: “Kişinin ya torpağı getdi, ya namusu”. Babalarımızın, ulularımızın qeyrəti ilə qürrələndiyimiz ifrat həddədir. Torpağımızın müqəddəsliyinə dirsəklənib, təəssübkeşliyimizi təsdiqləməli, qəhərdən çırpınan yaralı torpaqlarımızı yağıların tapdağından qurtarmalı idik. Vallah, 2 x 2 = 5 deyil!..

Torpaqlarımız məlum Qələbəyədək güllə-güllə, qəlpə-qəlpə ağrıyırdı. O ağrılar ürəyimizi də ağrıdırdı. Bu ağrılardan nə qədər köçkün soydaşımız Vətənini görmədən nigaran Bakıda, digər rayonlarda əbədiyyətə uyudu.

Müharibə həm də ədəbiyyatımızın, yaranan söz sənətimizin sınağına çevrilmişdi. Müharibə mövzusunda, bir neçə əsəri çıxmaq şərtilə, demək olar ki, heç nə yazılmayıb. Bu mövzuda bir neçə kinofilmi nəzərə almasaq, demək olar ki, ssenari yazanların, film çəkənlərin başları lazımsız seriallara qarışmışdı.

Şəhidlik nə qədər ki, mənəvi-əxlaqi stimul kimi dəyərləndirilmir, söz oxunduğu anda unudulasıdır! İkinci Qarabağ savaşı zamanı 2387 şəhid verdik. Bax, günlərin birində o şəhidlərimizin ruhu başımıza daşlar ələyəcək: “Biz sınaqdan çıxdıq, ömür verdik. Siz nəyinsə xətrinə yazdığınız yazılarla bizi ucuzlaşdırmayın. Sınaqdan çıxa bilmədiniz, jurnalist, yazıçı, şair, ssenari yazan, film çəkən qardaşlar!”

O vaxtlar canımdan bir üşütmə keçirdi.

Müharibə gedir və xalq əli qələm tutanlardan kəsərli sözə, düz sözə, qeyrətə, heysiyyətə, şəhidliyin aliliyinə söykənən, müharibənin hər anını, hər saatını tarixləşdirəsi barıt qoxulu yazılar gözləyirdi (Birinci Qarabağ savaşı zamanı oğlunu şəhid verən veteran Hacı Əkbər Rüstəmovun bəlkə də 96 səhifəlik 10 ədəd dəftərdə müharibə xatirələri var, onu yazdıqca qurtarmaq bilmir. Ssenari yazmaq istəyənlər Əkbər müəllimə müraciət etsələr, vallah, bir kinonun ssenarisi bəs eləməz o xatirələri səhnələşdirməyə). Və bu gözləmə əslində çağdaş ədəbiyyatımızın, çağdaş jurnalistikamızın, çağdaş incəsənətimizin sınağıdır. Televiziya kanallarında bir-birinin bəhsinə serial çəkənlərin tamaşaçıya heç nə verməyən, tərbiyəsini, etikasını pozan yersiz serialları matah mal kimi xırıd edəndə bu sınağın bir ucunda yellənən ilgəyin vahiməsindən üşünməyən həmkarlarıma yazığım gəlir. Bu sınağa tab gətirə bilməyənlər sabah xalqın, o şəhid ailələrinin və qazilərin üzünə neçə cıxacaqlar? Xalqın üzünə çıxmağa “əl yeri” qoymayanların qələmi niyə əlindən düşmür görəsən? Və görəsən bir jurnalist kimi məni bu sınağın sonunda nə gözləyir?

Hə, əziz dostlar! Dediyim bu sınağa həvəslə, öz ürəyinin istəyilə qoşulan şair Şahməmməd Dağlaroğlu sınaqdan üzüağ, alnıaçıq çıxdı. 2020-ci ilin sonuna yaxın bizim görüşümüzə, şəhid ailələrinin, qazilərin hüzuruna “Döyüşən sətirlər” kitabı ilə gəldi, özünün hərdən kövrək, hərdən ağrılı duyğular oyadan misralarıyla zəfər nəğməsini yazdı.

Kitab “Zəfər nəğməsini yazacağam mən!” şeiri ilə başlayır. Hiss olunur ki, bu şeiri İkinci Qarabağ savaşının ilk günlərindəcə yazıb.

Az qalıb, xoş xəbər yayılacadır,

Fərəhlər içində azacağam mən!

Yatan şəhidlərim ayılacaqdır,

Düşmənin səfini pozacağam mən,

Zəfər nəğməsini yazacağam mən!

Şahməmməd müəllimin bu kitabda toplanmış Qarabağ, Vətən, şəhidlik haqqında yazdığı şeirlərini oxuyanda hiss olunur ki, o poetik parçalardan kürsü, otaq qoxusu deyil, barıt qoxusu gəlir. Oxuduqca əsərin sətirləri arasından qulaqlarımıza top-tüfəng səsləri gəlir. Bizi ruhlandırır, qida verir. Həmin misralardan üzümüzə cəsur və igid əsgərlər boylanır. Təsvir olunan səhnələr reallığı əks etdirir, fantaziyadan uzaqdır.

İrəli get, yoldadır gözləri Zəngilanın,

Yaralayıb buraxma, başını əz ilanın.

Haqq işidir, zəfərlə bitəcəkdir planın,

Bir dərs ver ki, düşmənə, bir də buraxmasın bəri,

Əyil, alnından öpüm, Azərbaycan əsgəri!

Bizim bir anamız var, müqəddəs, Vətən adlı,

Səni gözləyir Şuşa, Ağdam, Laçın, Qubadlı.

Füzulimiz, Ağdərə, Cəbrayıl toy-büsatlı,

Aşıqlar saz götürüb vəsf etsin Kəlbəcəri,

Əyil, alnından öpüm, Azərbaycan əsgəri!

(“Azərbaycan əsgəri”)

Şahməmməd Dağlaroğlu yazdıqları ilə oxucunu çaşdırmır, əksinə inandırır, Qələbəyə ümid, ruh verir. Qarabağın taleyini vətənin taleyi anlamında şərh edir, yurda-ocağa sədaqət ilə etinasızlığı, milli ruhu, etnoqrafik yaddaşla manqurtluğu, vətəndaş cavabdehliyi ilə biganəliyi qarşılaşdırır, xalqın nicatı naminə milli birlik, əsl azərbaycançılıq ideyalarını önə çəkir.

Baxın, necə susur BMT, ATƏT,

Nə onda, nə bunda yoxdur qətiyyət.

Bizim xeyrimizə ermənisifət,

Ölkələr danışan, dinən deyildir.

Güclü rəhbərimiz, Allahımız var,

Haqq, şərəf adında silahımız var.

Qələbə müjdəli sabahımız var,

Şükür, bu günümüz dünən deyildir!

(“El canım, arxam, dayağım”)

Şəhidliyin öncə yozumu torpaqsevərlikdi, odsevərlikdi. Azəri türkü erməni tamahının nəticəsi olan sonuncu savaşında xalqın taleyinə çöysüyən ölüm-qalım mübarizəsində Qələbəyə şəhidliyi ilə bərabər əzmkarlığı, döyüşkən ruhuyla yaxınlaşdı. Taleyi şəhid-şəhid durulaşası bu xalqın qovğalardan üzüləcəyi günü səngərlənən oğullarımız yaxınlaşdırdı – 10 noyabr Zəfər günü ilə!

İndi haqqımız var, öyünə bilək,

Ürəkdən doyunca sevinək, gülək.

Təriflər eşidək elin dilindən,

Qarabağ alındı düşmən əlindən.

Qoydu ana yurda silinməyən iz,

Qələbə müjdəli şəhidlərimiz!

Bu gün el olubdur yumruq – bir nəfər,

Odur bizimlədir Qələbə, Zəfər!

Ruhunuz Murovun qarından pakdır,

Kim deyir can verib, ölüb, həlakdır.

Durur ön sırada Polad, Mübariz,

Qələbə müjdəli şəhidlərimiz!

(“Qələbə müjdəli şəhidlərimiz!”)

“Döyüşən sətirlər” kitabında (redaktoru Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Əli bəy Azəri, texniki redaktoru Dönməz Abbasovdur) olduqca bir-birindən maraqlı şeirlər çoxdur. “Gəncə yarasın da sağaldar bu el”, “İşimiz haqq işidir”, “Səbrimizin sonu yetdi”, “Gözün aydın olsun, ey ana torpaq”, “Gedirik Qarabağa”, “Vətən, canımızdır adındakı can!”, “Hər şey Vətən üçün”, “Qanlar yerdə qalmadı”, “Salam, Şuşa şəhəri”, “Qarabağ”, “Zəfər meydanı”, “Alqış Azərbaycana”, “Döyüşə gir, zəfər çal”, “Bu ada bağlıdır Qələbə günü” və başqa şeirlər bu qəbildəndir.

Bu addan əsgərim aldı gücünü,

Şuşa qalasına sancıldı bayraq!

Bu ada bağlıdır Qələbə günü,

Şanlı tariximdə o daha parlaq!

(“Bu ada bağlıdır Qələbə günü”)

Bu gün ədəbiyyat da bir əsgər kimi səngərdə olmalıdır. Onun silahı xalqımızı qələbəyə, döyüşə, torpaqlarımızı işğaldan azad etməyə ruhlandıran, güllədən də odlu-alovlu söz olmalıdır. İsmayıllıda yaşayıb-yaradan, “İsmayıllı xəbərləri” kimi məzmunlu, maraqlı bir qəzetin baş redaktoru, vətəncanlı, torpaqsevər ziyalı Şahməmməd Dağlaroğlu kimi! Bu məqamda dahi rus yazıçısı Turgenevin ədəbiyyat haqqında dediyi bu sözləri xatırladım: “Elə tarixi dövr olur ki, ədəbiyyat bədii mənafelərindən daha döyük mənafelərə xidmət etməli olur”.

Daşdəmir ƏJDƏROĞLU

Şərh Yaz