Çıxışlardan qürur, fəxr, fəxarət duyulub                            

May ayının 10-da Heydər Əliyevin – bütün həyatını doğma Azərbaycana xidmətə həsr etmiş dahi şəxsiyyətin anadan olmasının 98-ci ildönümü qeyd olunub.

Heydər Əliyev bizimlə olmasa da, onun ideyaları yaşayır, niyyətləri həyata keçirilir. Ən başlıcası, onun ən müqəddəs arzusu reallaşıb – 30 ilə yaxın işğal altında olmuş torpaqlarımız Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilib.

İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin A.Aslanov adına İsmayıllı şəhər 2 nömrəli tam orta məktəbi ilə birlikdə keçirtdiyi “Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur” mövzusundakı tədbirdə dahi şəxsiyyətin həyat və fəaliyyəti barədə geniş danışılıb.                      Ümummilli liderin iştirak etdiyi açılışlarda, toplantı və görüşlərdə iştirakçı olmuş Respublikanın Əməkdar müəllimi Şəfaqət Rəsulov, şəhər 2 nömrəli tam orta məktəbinin direktoru Ramil Dadaşov, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Aydın Səmədov Ümummilli liderin memarı və qurucusu olduğu müstəqil Respublikamızın inkişaf yolundan, böyük qələbəmizdən coşqu ilə danışıblar. Məktəb şagirdlərinin Ümummilli lider və Vətən haqqında söylədikləri şeirlər bu gün daha təntənəli, qürur və qələbə dolu sevinclə səslənib.                                                                                                             Çıxışların hər birindən qürur, fəxr, fəxarət duyulub.                                                                                       Təranə Məmmədova                                                                                                                                        

Şərh Yaz