Yaddas kitabcasi

“Cavanşir yurdu” komandası ilə görüş keçirilib              

 “Nə? Harada? Nə zaman? intellektual oyununda qalib gəlmiş İsmayıllının “Cavanşir yurdu” komandası ilə rayon rəhbəri pandemiya qaydalarına uyğun olaraq görüş keçirib.

Görüşdə bildirilib ki, “Nə? Harada? Nə zaman?” intellektual oyunu Təhsil Nazirliyinin təşkilatçılığı, Kapital Bankın dəstəyi ilə 6-9-cu siniflər arasında I onlayn Respublika Kuboku keçirilib. Şəhər 6 nömrəli tam orta məktəbin “Cavanşir yurdu” komandası bu yarışmada III yer tutub. Müsabiqələrin keçirilməsi şagirdlərin gələcək inkişafına müsbət təsir göstərəcəyi qeyd olunub.

RİH başçısı məktəbliləri salamlayıb, uğur qazanmış gəncləri təbrik edib, gələcəkdə yüksək nailiyyətlər arzulayıb. O bildirib ki, təhsil hər bir ölkənin və rayonun sosial-iqtisadi inkişafında əsas yer tutur. Bu gün Prezidentimiz cənab İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində təhsilimiz uğurla inkişaf edir. Sevinirəm ki, sizin kimi gənclərin sayəsində İsmayıllı təhsili hər zaman ön sıralarda dayanır. Qeyd edib ki, oxuduqları məktəb Heydər Əliyev Fondu tərəfindən yenidən tikilib və müasir avadanlıqlarla təchiz edilib.

Yaxın günlərdə istifadəyə veriləcəyini vurğulayıb.

Səmimi keçən görüşdə qalib komanda Azərbaycan Təhsil Nazirliyinin diplom və medalları ilə təltif olunub, onlara Rayon İcra Hakimiyyətinin qiymətli hədiyyələri təqdim edilib.

Sonda xatirə şəkili çəkilib.

Şərh Yaz