İsmayıllılar qalib oldu 

2020-ci ilin fevral ayında Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin elan etdiyi “Qarabağ – Azərbaycan mədəniyyətinin beşiyi” adlı mədəniyyət layihəsi çərçivəsində “Hər anımız Vətən desin!” adlı şeir müsabiqəsi başa çatıb.

Müsabiqədə Azərbaycan tərəfindən birinci yer “Mələklərin soyqırımı” adlı poemasına görə Oqtay İsmayıllıya verilib (ölümündən sonra). Azərbaycan Respublikasından xüsusi mükafata layiq görülən iki nəfərdən biri şair- tərcüməçi Şahməmməd Dağlaroğlu olub.

Müsabiqədə yer tutan (şair Oqtay İsmayıllının ruhu şad olsun) söz, sənət adamlarını ürəkdən təbrik edir,  müsabiqəni təşkil edən və keçirən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşlarına dərin təşəkkürümüzü bildiririk.

İsmayıllı xəbərləri”

Şərh Yaz