Yaddas kitabcasi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 15 İyun – Milli Qurtuluş Günü münasibətilə rəsmi “Instagram” səhifəsində paylaşım edib

***

15 iyun Azərbaycan xalqının həyatında ən əhəmiyyətli günlərdən biri, Milli Qurtuluş Günüdür. 1993-cü il iyun ayının 15-də xalqın istəyi ilə ulu öndər, ümummilli lider Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını yerinə yetirib. Hәmin tarix xalqımız tərəfindən dövlətimizin qurtuluş günü kimi qeyd olunur. Vətənini, xalqını sevən, çətin vә ağrılı günlərin dəhşətlərini yaşamış, hadisələrin canlı şahidi olmuş azәrbaycanlılar üçün 15 iyun əsl qurtuluş tarixi, xalqımızın әzmkar mübarizəsinin tarixidir.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 15 İyun – Milli Qurtuluş Günü münasibətilə rəsmi “Instagram” səhifəsində paylaşım edib                                           2

Paylaşımda deyilir: “Əziz həmvətənlər!

Sizi Milli Qurtuluş Günü münasibətilə təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram. Qoy Vətənimizdə həmişə sülh və əmin-amanlıq hökm sürsün! Qoy Azərbaycanın müstəqilliyi, xalqımızın azadlığı əbədi olsun! Hər birinizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram!”

Şərh Yaz