Koronavirusla əlaqədar maarifləndirmə tədbirləri davamlı hal alıb

İsmayıllı bazarında əhaliyə növbəti dəfə maska, əlcək və dezinfeksiya spirti paylanılıb, əhali arasında karantin qaydaları barədə maarifləndirmə işi aparılıb. Respublikada, eləcə də İsmayıllıda  COVID-19 epidemiyasına yoluxma hallarının artması qabaqlayıcı tədbirlərin intensivliyini zəruri edib.

Rayon rəhbərliyinin təşəbbüsü ilə ticarət yerlərində karantin qaydalarına riayət etməsi vəziyyətinin monitorinqi keçirilib. RİH başçısının İsmayıllı şəhər cra nümayəndəliyinin əməkdaşları, Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri tədbirin icraçıları olublar.

Sakinlərə karantinin tələb və qaydaları, sosial məsafə, şəxsi gigiyenik normalar haqqında geniş məlumat verilib. Yalnız zəruri hallarda evdən çıxmaq, digər şəxslərlə mümkün qədər az kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərdə qoruyucu maskalardan istifadə etmək kimi vacib qaydalara əməl olunması tövsiyə olunub. Maarifləndirmə tədbirlərinin keçirilməsi davamlı hal alıb.

İsmayıllı xəbərləri”

Şərh Yaz