Rahat gediş-gəliş təmin olundu

Ötən ay İsmayıllı rayonunda yağan leysan yağışları bir sıra dağ kəndlərin yollarını bərbad vəziyyətə salmışdı. Zərnava kəndi də təbii fəlakətdən zərər çəkmiş kəndlərdən biri idi.

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Zərnava kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik kəndin rayon mərkəzi ilə əlaqəsini bərpa etmək üçün işin icrasını 5 saylı Xüsusi Təyinatlı Yol İdarəsinə həvalə etdi. Yola xeyli texnika cəlb edildi, kənd yolu tamamilə hamarlandı və nəqliyyat vasitələrinin rahat gediş-gəlişi təmin olundu.

N.Aslanov

Şərh Yaz