Yaddas kitabcasi

İsmayıllı Regional Mədəniyyət İdarəsi fəaliyyətini davam etdirir

İsmayıllı Regional Mədəniyyət İdarəsi pandemiya dövründə də fəaliyyətini davam etdirib. Bunu İsmayıllı Regional Mədəniyyət İdarəsi rəisi Elnur Hüseynov deyib.
Elnur Hüseynov bildirib ki, ölkəmizdə koronavirus pandemiyası səbəbindən tətbiq olunan xüsusi karantin rejimi günlərində tabe rayonların mədəniyyət müəssisələri tərəfindən vətəndaşlara onlayn mədəni xidmətlər göstərib: “Musiqi məktəblərində onlayn dərslər, konsertlər keçirilib. Tabe rayonlarda yerləşən muzeylər, kitabxanalar, mədəniyyət mərkəzləri tərəfindən mədəniyyət sərvətlətimizi təbliğ edən video-çarxlar hazırlanıb. Eləcə də aztəminatlı və 65 yaşdan yuxarı tənha, ahıl insanlara idarə tərəfindən yardımlar edilib”.
“Xüsusi karantin rejimi müddətində idarə tərəfindən onlayn müşavirələr, görüşlər təşkil olunub, müəssisələrə tapşırıqlar verilib və görülən işlər müzakirə olunub” – deyən Elnur Hüseynov əlavə edib ki, sosial şəbəkələr üzərində fəaliyyət daha da genişləndirilib, aktivlik artırılıb, elektron xidmətlərin əhatəsi və səviyyəsi yüksəldilib.
Elnur Hüseynov həmçinin diqqətə çatdırıb ki, bu müddət ərzində bir neçə müsabiqələrə də start verilib: “Məsələn, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Facebook” üzərindən elan etdiyi “Evdə qal, evdə yarat” adlı təşəbbüsünə qoşularaq İsmayıllı Regional Mədəniyyət İdarəsi yaradıcılıq müsabiqəsi elan etdi. Eyni zamanda, ümummilli lider Heydər Əliyevin 97 illik yubileyinə həsr olunmuş “Yaradıcılığına inan” adlı dekorativ tətbiqi sənət və rəsm, “Heydər Əliyev uşaqların gözü ilə” mövzusunda inşa, “Heydər Əliyev və Azərbaycan” adlı şeir, “Təqdimat və şeir müsabiqəsi”, eləcə də Faşizm üzərində qələbənin 75 illiyi ilə əlaqədar rəsm və əl işləri, “Qələbə bizimlədir” mövzusunda rəsm, “75 illik qələbə” adlı rəsm, eyni zamanda, xalqımızın yaddaşında qəhrəmanlıq səhifəsi kimi qalmış Aprel döyüşlərinə həsr olunmuş rəsm üzrə onlayn müsabiqələr kecirilib.

Distant müsabiqələr olduğundan burada iştirakçılar əl işlərindən və ya rəsmlərindən ibarət videonu və ya fotonu bizim facebook və ya instagram səhifəsinə göndərir. Onlayn səsvermə yolu ilə seçilən qaliblərə isə karantin rejimi bitdikdən sonra Fəxri fərman və diplomları təqdim olunacaq”.

İsmayıllı Regional Məniyyət İdarəsinin informasiya şöbəsi

Şərh Yaz