İnsanlıq və vətəndaşlıq borcumuz

İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində olan müəssisələr aztəminatlı ailələrə yardım etməkdə davam edir.

İsmayıllı Rayon Fazil Əzimov adına Uşaq İncəsənət Məktəbinin kollektivi iki aztəminatlı ailəyə yardım edib.  Regional idarəyə tabe müəssisələr tərəfindən karantin rejminin sonunadək yardımların davam etdirilməsi nəzərdə tutulur.

2 nəfərə yardım edilməsi kiməsə xırda məsələ kimi də görünə bilər. Lakin bəlli olduğu kimi, İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində xeyli müəssisə vardır. Hər müəssisənin 2-3 nəfərə yardım etməsi kifayət qədər ehtiyaclını razı sala bilər. Diqqət və qayğ göstərmək hər birimizin insanlıq və vətəndaşlıq borcumuzdur.

Şərh Yaz