Ünvanlarda yardım aksiyası davam edir

Ünvanlarda yardım aksiyası davam edir

Koronavirus pandemiyası səbəbindən tətbiq olunmuş karantin müddətində aztəminatlı ailələrə, xəstə, əlil və tənha yaşayan ahıllara ünvanlarında yardım aksiyası davam etdirilməkdədir.
Azərbaycan Təhsil Işçiləri Azad Həmkarlar Ittifaqı Ismayıllı Rayon Komitəsi tərəfindən Ismayıllı rayonunun Qalacıq kəndində yaşayan imkansız ailələrə də ərzaq yardımı olunub.
Yardımdan yararlananlar qayğı və diqqətin ucqar kəndləri belə əhatə etdiyinə görə ölkə rəhbərliyinə, bu xeyirxah işdə iştirakı, zəhməti olanlara minnətdarlıq ediblər.

Şərh Yaz